İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarıbaba yüksəkliyindəki minalarla bağlı MN-dən AÇIQLAMA

Müdafiə Nazirliyi Sarıbaba yüksəkliyində aşkar edilmiş minalarla bağlı sülhməramlılar və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzini məlumatlandırıb.

Nazirliyin Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, Ermənistanda istehsal edilmiş Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılmış piyada əleyhinə mina sahəsi noyabrın 21-də aşkar edilib.

Aşkar edilmiş minalar barədə Rusiya sülhməramlılarının komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb, eləcə də mina sahəsinə baxış keçirilməsi üçün əraziyə dəvət olunublar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR