Onlayn ictimai-siyasi qəzet
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü keçidi artıq iki gündür ki, sökülür.
1970-ci illərdə inşa edilmiş körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri birlikdə baxış keçirib, məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb. Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcudluğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib. Mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub.
Hazırda ərazidə işlər aparılır. İşçi heyyəti texnikaları körpünün üzərinə cəmləyib və insanların təhlükəsizliyi nəzərə alınmaqla qəzalı hissənin sökünütüsü aparılır. İşlərin nə zaman yekunlaşacağı hələ bəlli deyil. Görünən budur ki, yeni körpünün salınması xeyli vaxt aparacaq.
Söküntü və təmir işləri ilə əlaqədar ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən 8 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Bu müddətdə Saray əhalisi alternativ yollardan istifadə edəcək.
Onlar Musavat.com-un əməkdaşı ilə söhbətində yeni körpünün salınmasından şad olduqlarını bildiriblər. Onların sözlərinə görə, gedəcəkləri ünvana hazırda çətinlik çəksələr də bir müddət dözməli olacaqlar.
Şahanə Rəhimli,
Musavat.com
21 Dekabr 2024
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ