Onlayn ictimai-siyasi qəzet
Müğənni Kərim Abbasov qonaq olduğu “Rəngarəng” verilişində maraqlı açıqlamalar edib.
Müğənni özünü “sənətkar” yox, ”sənətçi” olaraq gördüyünü bu sözlərlə izah edib:
“Sənətkar olmaq mənim üçün vacib deyil. Bəzi insanlar mənə sənətkar deyir, bəziləri sənətçi. Guya mənə sənətkar desələr, işlərim çoxalacaq? Yoxsa daha xoşbəxt olacağam? Bu sözə ilişənlər bədbəxt, yazıq insanlardır. Qoy elə insanlar özlərini sənətkar hesab etsinlər, mənə lazım deyil. Sənətkar odur ki, vəfat edəndən sonra arxasında mahnıları, sənəti qalsın, eşidəndə desinlər bu, filan sənətkarın mahnısıdır. Sənətkarların çoxu acından ölür. Mən sənətçi olaraq qalsam, yaxşıdır. O kəlimə mənim həyatımda heç nəyi dəyişməyəcək”. (Olay)
13 Oktyabr 2025
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ