İnsanlara hürriyət, millətlərə istiqlal!

Saqqal saxlamaq istəməyən 280-dən çox polis işdən çıxarıldı

İlk yayımlanma zamanı 00:26

Radikal “Taliban” hərəkatının Əfqanıstanın müvəqqəti hökumətində yaratdığı Şərin Qarşısının Alınması və Fəzilətin Təbliği Nazirliyi saqqal uzatmaq əmrinə tabe olmayan və bununla da “İslam qanunları”nı pozan 280-dən çox polis əməkdaşını xidmətdən uzaqlaşdırıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə “İslam qanunları”na və əfqan adət-ənənələrinə əməl olunması uğrunda aparılan “mübarizə” çərçivəsində 2023-cü ildə ölkədə “qeyri-etik hərəkətlərə” görə 13 mindən çox insan saxlanılıb, onların yarıdan çoxu məhkəmə qarşısına çıxarılıb.

Bundan əlavə, 21328 musiqi aləti məhv edilib, yerli bazarlarda çəkilişləri həyata keçirilən “qeyri-etik və yolverilməz” filmlərin satışı dayandırılıb.//“Report” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR