Onlayn ictimai-siyasi qəzet
Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Sankt-Peterburqda qeyri-qanuni miqrasiyanın daha bir kanalını bağlayıblar - polis saxta nikahların təşkilində şübhəli bilinən qonşu ölkələrdən olan üç mühaciri saxlayıb.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk şəxsi Telegram kanalında məlumat yayıb.
İlkin məlumata görə, həmin şəxslər 2020-ci ildən cinayət sxemi ilə işləyirlər. Müəyyən edilib ki, dörd il ərzində ən azı yeddi nəfər qrupun xidmətlərindən istifadə edib: onlar şimal paytaxtının sakinləri ilə saxta nikahlara girərək Rusiyada yaşamaq hüququ əldə ediblər. Xidmətin müqabilində qanun pozucuları 30-100 min rubl arasında “zəhməthaqqı” alıblar.
“Beş il ərzində qeyri-qanuni fəaliyyətlə məşğul olan bir neçə onlarla insan, o cümlədən qadınlar ölkəmizdə olmalarını bu yolla leqallaşdırıblar”, - Volk bildirib.
“Qeyri-qanuni miqrasiyanın təşkili” maddəsi ilə iş üzrə aparılan istintaq çərçivəsində cinayət sxeminin təşkilatçısı olduğu ehtimal edilən 3, eləcə də Sankt-Peterburqun qondarma nikaha razılıq vermiş 4 qadın sakini saxlanılıb.
Bundan əvvəl İrkutskda qeyri-qanuni miqrasiyada şübhəli bilinən etnik diaspor rəhbərləri saxlanılıb.
Qeyd edək ki, bu ilin martından bəri Rusiyada miqrantlara qarşı münasibət kəskin pisləşib, onları artıq hər cür səbəb və bəhanələrlə məsuliyyətə cəlb edir, ən yumşaq halda federasiyadan qovurlar.
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ