İnsanlara hürriyət, millətlərə istiqlal!

Sankt-Peterburq Universitetindən tələbələr qovuldu-Savaşa qarşı çıxdıqları üçün

Sankt-Peterburq Dövlət Universitetinin tarix fakültəsinin bir neçə tələbəsi müharibə əleyhinə bəyanatlara görə universitetdən xaric edilib.

Musavat.com xəbər verir ki, bu barədə “Sever.Realii” saytı məlumat yayıb.

Qovulan tələbələrin dəqiq sayı məlum deyil. “Bumaga” saytı öz mənbələrinə istinadən tarix fakültəsindən 7 tələbənin universitetdən kənarlaşdırıldığını yazır. Onlar e-poçt vasitəsilə bununla bağlı müvafiq əmr alıblar.

Tələbələrdən daha üç nəfəri tərbiyə işləri üzrə prorektorla “görüş”ə çağırılıb.

Qeyd edək ki, bundan əvvəl etik komissiya 10 tələbəni Universitet Məcəlləsini pozmaqda təqsirli bilib.

Komissiya üzvlərinin fikrincə, Tarix fakültəsi tələbələrinin Ukraynadakı müharibəyə qarşı bəyanatları Sankt-Peterburq Dövlət Universitetinin tələbələrinin statusu ilə bir araya sığmır.

Xatırladaq ki, bu il iyunun 2-də müəllim Mixail Belousov müharibə əleyhinə bəyanatlarına görə, Sankt-Peterburq Universitetindəki işindən məhrum edilib. O, tələbə Fyodor Solomonovun müharibədə ölümünü müzakirə edərkən sosial şəbəkədəki şərhinin qurbanı olub. Belə ki, Belousov burada “raşizmin birbaşa və açıq şəkildə təsdiqlənməsi iyrəncdir” sözlərini yazıbmış. Yazışmalar hökumətyönlü teleqram kanallarında dərc olunub. Universitet rəhbərliyi müəllimin hərəkətini “əxlaqsızlıq” hesab edərək, onu tutduğu vəzifədən azad edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR