İnsanlara hürriyət, millətlərə istiqlal!

Sanksiyalardan yan keçmək Aİ-yə qarşı cinayət sayılacaq

Avropa İttifaqı Şurası sanksiya rejiminin pozulmasının Aİ-yə qarşı cinayətlər siyahısına salınması barədə qərar qəbul edib.

Bu siyahı “Aİ-nin fəaliyyəti haqqında müqavilə”də (Avropa İttifaqının iki qurucu sənədindən biri sayılır - red.) nəzərdə tutulub. Bu vaxta qədər belə cinayətlərə terrorizm, insan alveri, qadın və uşaqların cinsi istismarı, qanunsuz narkotik və silah ticarəti, korrupsiya, çirkli pulların yuyulması, ödəniş vasitələrinin saxtalaşdırılması, kibercinayətkarlıq və mütəşəkkil cinayətkarlıq daxil idi.

Musavat.com xəbər verir ki, Aİ Şurasının qərarı ilə bağlı mesajında Avropa İttifaqının Rusiyanın Ukraynaya qarşı apardığı əsassız və ədalətsiz müharibəyə cavab olaraq Rusiya iqtisadiyyatına qarşı görünməmiş sayda sanksiyalar tətbiq etdiyi vurğulanıb. İttifaq rəsmilərinə görə, sanksiya siyasətinin uğur qazanması üçün onlardan yan keçmə cəhdlərini dayandırmaq lazımdır.

Sanksiyadan yayınmanın Aİ-yə qarşı cinayətlər siyahısına daxil edilməsi başqa hüquq nəticələri də olacaq. Buna müvafiq olaraq Avropa Komissiyası direktiv hazırlamalı və ona əsasən, bütün Aİ ölkələri sanksiyadan yayınmağa görə cinayət təqibini öz qanunvericiliyinə daxil etməlidir. Direktivdə bu cinayətə görə minimum cəza da müəyyən ediləcək.

Sanksiyalardan yayınma ilə mübarizə tədbirləri Aİ-nin Rusiyaya qarşı 9-cu sanksiyalar paketinə daxil olunacaq. Avropa komissarı Didye Reyndersin sözlərinə görə, Avropa Komissiyasının direktivi nəticəsində sanksiya rejimini pozmağa cəhd edənlərin aktivlərinin nəinki dondurulması, hətta müsadirə edilməsi nəzərdə tutulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR