İnsanlara hürriyət, millətlərə istiqlal!

Sanksiyalar Rusiyanın polad istehsalçılarını "yumşaldacaq" - 9 milyard dollar itirəcəklər

Avropa İttifaqının sanksiyaları səbəbindən Rusiyanın polad istehsalçılarının ümumi itkiləri 9 milyard dollara çatacaq.

AZƏRTAC Ukrinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Spravdi” strateji Kommunikasiyalar və təhlükəsizlik mərkəzinin məlumatında deyilir.

“Aİ-nin sanksiyaları Rusiyanın Avropaya polad ixracının təxminən 40 faizinə təsir edəcək və bu, rusiyalı istehsalçılara təxminən 9 milyard dollara başa gələcək”, - deyə məlumatda bildirilir.

“Severstal” kompaniyası əsas sahibi Aleksey Mordaşova qarşı tətbiq olunan sanksiyalar səbəbindən artıq Avropa İttifaqı ölkələrinə ixracatı dayandırıb. Kompaniya Avropaya 2,5 milyon ton metal göndərir və bütün gəlirin 34 faizini (ildə təxminən 3,9 milyard dollar) bu regiondan əldə edirdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR