İnsanlara hürriyət, millətlərə istiqlal!

 Sanksiya altındakı rus oliqarxlarının Londonda 800 milyon funtluq mülkləri varmış

 

Böyük Britaniya hakimiyyəti ölkədə rusiyalı iş adamları İqor Şuvalov, Vladimir Potanin və Aleksandr Frolova məxsus daşınmaz əmlak aşkarlayıb.

Onların hamısı Böyük Britaniyada sanksiyalar altındadır, lakin əmlak xarici şirkətlərə qeydiyyatdan keçib. Həmin şirkətlərin əsas benefisiarları isə elə adları çəkilən şəxslərin özləridir.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, əmlakların ümumi dəyəri təxminən 35 milyon funt sterlinqdir.

Rusiyalı oliqarxların Britaniyadakı aktivlərini xarici mülk sahiblərinin reyestri vasitəsilə tapmaq mümkün olub. Bu reyestr mümkün çirkli pulların yuyulmasının qarşısını almaq üçün 2022-ci ilin avqustunda yaradılıb. Yeni qanunvericiliyə görə xarici şirkətlər öz əmlaklarını bəyan etməli və son benefisiarların adlarını açıqlamalıdırlar. Məlumatın təqdim edilməsi üçün son tarix 31 yanvar, yəni ötən çərşənbə axşamı idi.

Reyestrdə göstərildiyi üzrə sanksiya altında olan rusların Cənubi Kipr, Britaniya Virciniya adaları və Rusiyada qeydiyyatda keçən şirkətləri Londonda və ətraf ərazilərdə bahalı daşınmaz əmlaka sahibdirlər. “Vneşekonombank”ın sədri və baş nazirin keçmiş müavini İqor Şuvalovun Britaniya paytaxtında sahəsi təxminən 500 kvadratmetr olan mənzili olduğu aşkarlanıb. “Interros”un sahibi Vladimir Potaninin Londonda bir ofis binası, “Yevraz”ın ortaq sahibi Alexander Frolov London yaxınlığındakı Ueybri şəhərində malikanə və Londonun Naytsbric rayonunda bahalı mənzili var..

Rusiyanın Ukraynada genişmiqyaslı təcavüzkar müharibəyə başlayandan sonra haqqında sanksiyalar tətbiq olunan Roman Abramoviçin daşınmaz əmlakı barədə reyestrdə məlumat yoxdur. Bunun əsas səbəbi qanunda benefisiarlaırn adlarını gizli saxlamağa kömək edən boşluqların olmasıdır.

BBC-nin məlumatına görə, Vladimir Putinə yaxın olan və sanksiyalara məruz qalan 10-a yaxın rusiyalı Böyük Britaniyada təxminən 800 milyon funt-sterlinq dəyərində (bir milyard ABŞ dollarından çox) əmlaka sahibdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR