İnsanlara hürriyət, millətlərə istiqlal!

Samvel Şahramanyan Paşinyanı xainliklə suçlayır?

Qarabağın işğal altında olduğu illərdə bölgədə qurulan oyuncaq qurumun “prezidenti” elan olunan Samvel Şahramanyan Paşinyan hökumətinin nümayəndələrinə sərt ifadələr işlədib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, yerli jurnalistlərlə söhbətində danışıb.

Şahramanyan Ermənistan hakimiyyətinin nümayəndələrinin qondrama qurum və Qarabağ erməniləri ilə bağlı müxtəlif bəyanatlarına da toxunub. “Belə bəyanatları, o cümlədən Qarabağ ermənilərinin qonaq olduğu fikrini Ermənistanın yüksək vəzifəli rəsmilərdən eşitmək məni çox ağrıdır. Onlar Ermənistanda Qarabağın Azərbaycanın bir hissəsi olmasının Ermənistanın qələbəsi kimi təqdim edirlər. Mənim bu adamlara sözüm yoxdur, bu sualı Ermənistanda hökuməti formalaşdıran insanlara ünvanlamaq lazımdır”,-deyə separatçı quldur bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR