İnsanlara hürriyət, millətlərə istiqlal!

Samvel Babayan yüklərlə bağlı özündən “yeni variant” kəşf edib

"Mənim “partiyamın” Qarabağda rus sülhməramlılarının nəzarət zonasında yaşayan ermənilərə (mətndə qondarma və uydurma “Arsax” deyilən bir yer adı çəkilir-red.) humanitar yüklərin Ağdam yolu ilə bağlı təklifini dəstəklədiyimiz barədə məlumatlar reallığa uyğun gəlmir".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə qondarma qurumun oyuncaq “parlamentinin” “Vahid Vətən” adlı “partiyasının” “lideri” Samvel Babayan bildirib.

Onun sözlərinə görə, onların mövqeyi problemin paket həlli çərçivəsində, yəni yüklərin eyni vaxtda Laçın dəhlizi və Ağdam vasitəsilə Qarabağa gətirilməsini nəzərdə tutur. Bundan əlavə, Babayanın fikrincə, paketdə qondarma “Artsaxın” statusu məsələsi də öz əksini tapmalıdır, yəni yüklərin hara getdiyi aydın olmalıdır.

Azərbaycan tərəfinin buna razı olub-olmayacağı sualına isə Babayan həyasızlıqla belə cavab verib: “Düşünürəm ki, bəli, razılaşacaqlar”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR