Onlayn ictimai-siyasi qəzet
Samur-Abşeron kanalının Şabran rayonu Gəndob kəndi ərazisindən keçən hissəsində meyiti tapılan qadının kimliyi məlum olub.
“Report"un Şimal bürosunun məlumatına görə, həmin şəxsin oktyabrın 3-də itkin düşən Xaçmaz rayon Hacıəlibəy kənd sakini 1995-ci il təvəllüdlü Cəfərova Kübraxanım Cəlil qızı olduğu müəyyənləşib.
Onun hansı şəraitdə kanala düşməsi məlum deyil. Qadının intihar etməsi, yaxud digər cinayətin qurbanı olması aparılan araşdırmalardan sonra bəlli olacaq.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ