Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 2,8 milyard ABŞ dolları təşkil edib.
Musavat.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın noyabr ayı üçün ilkin rəqəmlərinə istinadən xəbər verir ki, on ayda yeyinti məhsulları ixracı 13,6 faiz artaraq 803,1 milyon ABŞ dollarına bərabər olub.
Yanvar-oktyabrda şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları ixracı 61,8 faiz artaraq 35,2 milyon ABŞ dolları, pambıq lifi 63,9 faiz artaraq 161,4 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 29.4 faiz artaraq 22,8 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 18,6 faiz artaraq 237,3 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixracı 15,8 faiz artaraq 59,4 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə aqrar məhsullar ixracı 5,7 faiz artaraq 603,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 60,3 faiz artaraq 260,9 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8 faiz artaraq 864,4 milyon ABŞ dolları təşkil edib.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ