İnsanlara hürriyət, millətlərə istiqlal!

STM-in nəzdindəki tibb müəssisələrinin heyəti 8000 ağac əkdi

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Təbiəti də sağaldaq” devizi altında Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin həyətyanı ərazilərində ağacəkmə aksiyaları keçirilib. 2 nömrəli Xəstəxananın ərazisində keçirilən növbəti belə ağacəkmə aksiyasında STM-nin direktoru Elnur Azadxanov, direktor müavinləri, şöbə müdirləri, o cümlədən tabeli tibb müəssisələrinin rəhbər şəxsləri də iştirak ediblər.

Bu barədə Musavat.com-a STM-in sözçüsü Ramil Zeynallı məlumat verib.

Tibb müəssisələrinin yerləşdiyi ərazilərdə iqlim şəraitinə uyğun ağaclar və gül kolları əkilib, yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın təmin edilməsinə dəstək, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.
STM tərəfindən keçirilən ağacəkmə aksiyalarında ümumilikdə 8000-ə yaxın ağac əkilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Musavat.com

esas.jpg (214 KB)

1.jpg (153 KB)

2.jpg (174 KB)

3.jpg (248 KB)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR