İnsanlara hürriyət, millətlərə istiqlal!

Samir Abasov: "Turan Tovuz" azlıqda qalmamışdan qabaq daha yaxşı oynayırdıq"

"Turan Tovuz"un futbolçusu qırmızı vərəqə almamışdan qabaq daha yaxşı oynayırdıq.

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Turan Tovuz"a qarşı Misli Premyer Liqasının XXVI turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis heç-heçə başa çatan qarşılaşma barədə danışıb:

"Rəqib komandanın futbolçusu qırmızı vərəqə almamışdan qabaq daha yaxşı oynayırdıq. Futbolçularımız tapşırıqları daha düzgün yerinə yetirirdilər. Sürət və dinamika var idi. "Turan Tovuz"un oyunu bəlli idi. Ancaq müdafiə olunurdular. İlk yarıda iki dəfə rəqib qapısı qarşısında təhlükəli qol vəziyyətləri yaratdıq. İkinci hissədə daha da çox istəkli idik. Əvəzetmələrin köməkliyi sayəsində qol istəyimizi reallaşdırdıq".

Qeyd edək ki, XXVI turun görüşündə "Neftçi" evdə "Turan Tovuz" ilə heç-heçəyə razılaşıb - 1:1.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2025

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR