Xəbər verdiyimiz kimi, avqustun 22-də Şamaxıda məktəbli oğlan atasına məxsus avtomobillə ağır qəza törədib və hadisə yerində vəfat edib.
Musavat.com Publika.az-a istinadla faciəvi şəkildə ölən 16 yaşlı Emil Əsgərovun fotosunu təqdim edir.
Qeyd edək ki, hadisə günorta saatlarında Şamaxı-Pirqulu avtomobil yolunda qeydə alınıb. Əngərxan kənd sakini 16 yaşlı Əsgərov Emil Oktay oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.
Qəza zamanı Emil Əsgərov hadisə yerində ölüb. Sürücülük hüququ olmayan yeniyetmənin atasına məxsus maşını idarə etdiyi məlum olub.
Avqustun 23-də Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə müraciət edərək avtomobili azyaşlı övladlarına və sürücülük hüququ olmayan şəxslərə verməmələri barədə xəbərdarlıq edib.
ŞƏRHLƏRŞƏRH YAZ