İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyanın 12 kəndinə su verən stansiyadan VİDEO, FOTOLAR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Salyan və Neftçala rayonlarına təşkil olunan mediatur çərçivəsində 12 aqreqatlı Akkuşa-2 stasionar nasos stansiyasına baxış keçirilib.

Musavat.com-un müxbiri xəbər verir ki, Birləşmiş Baş Akkuşa nasos stansiyası 1957-ci ildən fəaliyyət göstərir.

rovsen.jpeg (273 KB)

Salyan Suvarma sistemləri idarəsinin rəisi Rövşən Məmmədov məlumat verib ki, stansiya Akkuşa çayının üzərində yerləşir: "Salyan rayonunun 11-12 kəndinin əkin və həyətyanı sahələrinin suyu bu stansiya vasitəsilə təmin edilir. Birləşmiş Akkuşa nasos stansiyası Vlaqa-7, Vlaqa-8 üzən və Akkuşa-2 stasionar nasos stansiyalarından ibarətdir, uzunluğu 34,4 km olan Magistral Akkuşa suvarma kanalı altında olan 19200 ha əkin sahəsini su ilə təmin edir. Ümumi məhsuldarlığı 20 m3/san-dir".

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu 12 aqreqatlı Akkuşa-2 stasionar nasos stansiyası 1981-ci ildə istismara verilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR