İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tomahavk”lar artıq Ukraynada: ABŞ-da üç batareya “itdi” - Müharibədə yeni mərhələ - FOTO

Musavat.com xəbər verir ki, ABŞ-da keçirilən hərbi texnologiyalar sərgisində “Tomahawk” qanadlı raketləri üçün yeni X-MAV mobil buraxılış sistemi təqdim edilib. Lakin sensasiyalı məlumatlara görə, bu tip üç batareya müəmmalı şəkildə yoxa çıxıb.

Amerikalı hərbi ekspert, keçmiş ordu zabiti Stenislav Krapivnik “MK” nəşrinə açıqlamasında iddia edib ki, bu qurğular artıq Ukrayna ərazisinə yerləşdirilə bilər.

“Əgər bu platformalar həqiqətən Ukraynaya göndərilibsə, deməli, ‘Tomahawk’ raketləri artıq Rusiya istiqamətinə uçuş məsafəsindədir. Bu, müharibənin tamamilə yeni mərhələsi demək olacaq”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, indi əsas məsələ ABŞ-dan gələn siyasi siqnallardır:

“Rusiya rəhbərliyi hələ də çox zəif reaksiya verir. Vaşinqton bu zəifliyi ciddi qəbul etmir.”

Mənbələrin bildirdiyinə görə, “Tomahawk” raketləri 2500 kilometrədək məsafədə hədəfləri dəqiqliklə vura bilir. Əgər bu silahlar həqiqətən Ukraynada yerləşdirilibsə, onların atəş radiusuna artıq Moskva, Voronej və Sevastopol daxil olur.

 

Musavat.com

df11c0f2-2328-47b0-afd7-fffa113b3ddd.jpeg (56 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR