İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyanda 46 min hektar əkin sahəsi su ilə təmin edilir - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Salyan və Neftçala rayonlarına mediatur təşkil edib.

Musavat.com xəbər verir ki, mediatur çərçivəsində ilk olaraq Kürkənd nasos stansiyasına baxış keçirilib.

Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin Suvarma şöbəsinin müdir müavini Qulu Kərimov məlumat verib ki, Salyan suvarma sistemləri idarəsinin balansında olan 29 nasos stansiyasından biri Kürkənd nasos stansiyasıdır. Qurum rəsmisi bildirib ki, bu nasos stansiyası Xurşud, Noxudlu və Kürkənd kəndlərini əhatə edən 2840 ha torpaq sahəsini su ilə təmin edir: "Kürkənd nasos stansiyası 1982-ci ildən fəaliyyət göstərir, 2022-ci ildə əsaslı təmir olunub. 2 aqreqatlı Kürkənd nasos stansiyası uzunluğu 16,2 km olan Ş kanalı altında olan 2840 ha əkin sahəsinə xidmət göstərir. Ümumi məhsuldarlığı 3,2 m3/san-dir".

Şöbə müdiri qeyd edib ki, Salyan Kürün mənsəbində yerləşdiyi üçün su təminatında müəyyən çətinliklər olur:

"Zəruri tədbirlər nəticəsində əkin sahələrinin suvarılmasındakı bu çətinliklər aradan qaldırılır. Salyan rayonunda 46 min ha əkin sahəsi su ilə təmin edilir. 15 min hektar ərazidə taxıl bitkilərinin birinci və ikinci mərhələli suvarması başa çatdırılıb. 10 min hektar sahədə əkiləcək pambıq sahələri su ilə təmin edilir. Taxıl və pambıq bitkiləri ilə yanaşı, digər kənd təsərrüfatı bitkilərinin suvarılmasının da intensiv dövrüdür. Suvarma prosesi müvafiq templə davam etdirilir".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR