İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şakir Paşa ailesi" çəkilişində yanğın – 1 nəfər öldü

"Şakir Paşa ailesi" serialının çəkilişlərinin aparıldığı malikanədə yanğın olub.

Musavat.com-un xəbərinə görə, otaqların birində baş verən yanğını set işçiləri söndürüb.

Daha əvvəl 3 dəfə ürək əməliyyatı keçirən yayım meneceri Serkan Sükyan tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. Müdaxilələrə baxmayaraq, Sükyan xəstəxanada dünyasını dəyişib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, ekran işində baş rolları Fırat Tanış, Vahidə Perçin, Məryəm Üzərli canlandırır. Bundan əvvəl də köşkdə yanğın səbəbi ilə serialın yayımı müvəqqəti dayandırılmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR