İnsanlara hürriyət, millətlərə istiqlal!

Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

İyunun 24-ü saat 15:00-a olan məlumata görə, ölkənin bəzi bölgələrində küləkli hava davam edir.

Musavat.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, hazırda şimal-qərb küləyi əsir və sürəti Goranboyda 27 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s, Naftalan və Zərdabda 18 m/s, Mingəçevirdə 16 m/s, Yevlax, Şabran və Şəkidə 15 m/s-ə çatır.

Dənizdə dalğanın hündürlüyü 2.2 metr təşkil edir.

Küləkli hava şəraiti iyunun 24-ü axşam saatlarından tədricən zəifləyəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR