İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin zərbəsi nəticəsində Tehranda “Bəsic” xüsusi xidmət rəhbəri öldürülüb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyunun 23-də Tehranda həyata keçirilmiş hava zərbəsi nəticəsində “Bəsic” xüsusi xidmət qurumunun rəhbəri, general Məhəmməd Taqi Yusəfvandın həlak olduğunu təsdiqləyib.

Musavat.com xəbər verir ki, məlumata görə, hücumun İsrail ordusu tərəfindən həyata keçirildiyi bildirilir. Hadisə ilə bağlı iyunun 24-də İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi rəsmi açıqlama yayıb. Açıqlamada İsrail ordusunun əvvəlki gün ərzində “Bəsic” strukturunun “yüzlərlə döyüşçüsünü zərərsizləşdirdiyi” bildirilir. “Bəsic” qurumu həmin bəyanatda “terrorçu rejimin repressiv aləti” adlandırılıb.

“Bəsic” SEPAH-ın beş əsas qanadından biri kimi tanınır. Təşkilat İranın əksər şəhərlərində fəaliyyət göstərir və ölkə daxilində təhlükəsizlik, ictimai asayiş və nəzarət funksiyalarını icra edir. Onun fəaliyyət dairəsinə həmçinin etiraz aksiyalarının yatırılması, ideoloji təbliğat və könüllülərin səfərbərliyi daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR