İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahzadə Harrinin qalmaqallı kitabı əslində daha qalın imiş - Məcburi ixtisar

Şahzadə Harrinin qalmaqal kitabı əslində daha qalın imiş, ancaq o, qardaşı Uilyanm və atası Çarlz barədə yazdıqlarını ixtisar edib.

Xəbər verildiyi kimi, şahzadənin nəşr etdirdiyi avtobioqrafik “Spare” kitabı anası Diananın ölümündən qardaşı ilə münasibətlərinə, Meqan Marklla ilə evliliyindən kral ailəsindən ayrılmasına qədər bir çox detalları əhatə edir. Bütün bu təfərrüatlara baxmayaraq, hətta şahzadənin kitabı yenə də natamamdır.

Hazırda kitab 400 səhifədir, şahzadə isə kitabın ilkin variantının fərqli, təxminən 800 səhifə olduğunu deyir. Şahzadə atası və böyük qardaşı ilə bağlı fəsilləri sildiyini belə izah edir: “Dünyanın bilməsini istəmədiyim bəzi şeylər var idi, xüsusən də qardaşımla, müəyyən dərəcədə atamla mənim aramda. Çünki məni heç vaxt bağışlamayacaqlarını düşünürəm”.

 O, həmçinin Uels şahzadəsi Uilyamı və şahzadə Keyti ​​Meqanı yaxşı qarşılamamaqda, böyük qardaşı ilə Etonda tələbə olarkən ona məhəl qoymamaqda, "Invictus oyunlar"ı konsepsiyasını irəli sürərkən ona paxıllıq etməkdə və kostyum partisində onu nasist kimi geyinməyə təşviq etməkdə ittiham edib.

Şahzadə Harri bəzi dairələr tərəfindən son illərdə etdiyi hərəkətlərlə monarxiyanı devirməyə cəhddə ittiham olunur. Harri bu ittihamlara belə cavab verir: “Bu, monarxiyanı devirməyə çalışmaq deyil, onları özlərindən xilas etməyə çalışmaqdır”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR