İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahzadə Harri kraliiça nənəsi ilə niyə vidalaşa bilməyib...

Şahzadə Harrinin ölüm ayağında olan nənəsi, Böyük Britaniya kraliçası ilə vidalaşmaq fürsəti olub, lakin həyat yoldaşı Meqan Marklla bağlı ailəyə tələblər irəli sürməyə başladığı üçün bunu etməyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.

Böyük Britaniya kraliçası II Yelizaveta 8 sentyabr 2022-ci ildə Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Bu günün səhəri Bukingem sarayının saytında onun səhhətinin pisləşməsi ilə bağlı xəbər yayılıb və Britaniya kral ailəsinin üzvləri ölüm ayağında olan kraliçanın yanına gediblər.

Son dəqiqələrdə kraliçanın yanında onun böyük övladları - Böyük Britaniyanın gələcək kralı III Çaarlzıvə şahzadə Anna var idi. Kraliçanın oğulları şahzadə Edvard və şahzadə Endryu, həmçinin nəvəsi şahzadə Uilyam II Yelizavetanın ölümündən təxminən iki saat sonra, saat 17:00 radələrində qəsrə gəliblər. Hamıdan sonra, daha üç saat sonra kraliça nənənin sevimlisi olan şahzadə Harri peyda olub.

Belə çıxır ki, Harri mərhumla vidalaşmaq fürsəti əldə edib, çünki həmin gün o, WellChild mükafatları mərasimində həyat yoldaşı Meqan Marklla birlikdə olub və kraliçanın yanına vaxtında çata bilərmiş. Lakin Harri nənəsinin yanına tələsmək əvəzinə ailədən Marklın onu müşayiət etməsi üçün icazə tələb etməyə başlayıb.

Danışıqlar davam edərkən vaxt itirilib: vəliəhd şahzadə Çarlz Meqan Marklın kral palatalarında olmasına razılıq verməyib.

“Daily Star” kral sarayındakı mənbəyə istinadən yazır: “Harri həyat yoldaşının onu müşayiət etməsini təkid edəndə, atası ona Meqanın kraliçanın hüzuruna gələ bilməyəcəyini söyləyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR