İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahramanyan erməni mətbuatını suçlayır: Biz hamımız Ermənistanda informasiya terrorunun şahidiyik

Biz hamımız Ermənistanda hökm sürən informasiya terrorunun şahidiyik. Jurnalistlərə dərin hörmətlə demək istəyirəm ki, Ermənistan Respublikasında informasiya sahəsinin fəaliyyəti tənzimlənməli, sosial şəbəkələrdə məlumatların yayılmasına görə məsuliyyət müəyyən edilməlidir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Qarabağ ermənilərinin separatçılarıdan, vaxtilə özünü oyuncaq qurumun “prezidenti” elan edən Samvel Şahramanyan tərəfindən səslənib.

O, Ermənistan parlamentini Ermənistan Respublikasında yaşayan şəxsləri müdafiə edəcək addımlar atmağa çağırıb.

Qondarma “DQR” ləğv olunubsa necə “prezident” kimi qalmısınız” deyə yerli jurnalistlərin sualına Şahramanyan belə əcaib cavab verib: “Bizi eşitmək istəyənlər eşidəcəklər, “DQR”i (qondarma-red.) görmək istəyənlər görəcəklər. Bu suala 20 dəfə cavab versəm belə yenə eyni sualları verməyə davam edəcəklər. Hüquqi baxımdan sualınız əsassızdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR