İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahil Babayev: "Bir sıra ölkələr DOST təcrübəsini öyrənərək tətbiq etməyə başlayırlar"

2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 7 DOST mərkəzi açılıb. Artıq 1,8 milyon vətəndaşa DOST xidməti göstərilib və vətəndaş məmnunluğu 98,2 faizdir.

Musavat.com xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

O, işğaldan azad edilmiş bölgələrimizdə də hazırda DOST infrastrukturu qurulduğunu qeyd edib: “Ötən il Ağalı kəndində “Smart DOST” məntəqəsi, bu ilin avqustunda isə cənab Prezidentin iştirakı ilə Qarabağ Regional DOST Mərkəzi açıldı. Bu mərkəz Qarabağ iqtisadi rayonu üzrə 9 şəhər və rayonu əhatə edir. Yaxın 3 ildə bu regionlarda DOST mərkəzləri yaradılacaq”.

Nazir Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının əsas hədəflərindən biri də dövlət sosial xidmətlərinin rəqəmsal texnologiyalar üzərində qurulmasıdır.

“Artıq Nazirliyin 159 xidmətindən 140-ı (90%) elektron təqdim edilir. Həmçinin 30 e-arayış, 51 proaktiv təyinat xidməti, ölkənin elektron sosial reyestri, “Əmək və Məşğulluq” sistemi və s. yaradılıb. Ölkəmizdə həyata keçirilən sosial islahatlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Son 5 ildə bu sahədə 46 beynəlxalq mükafat və sertifikat əldə olunub” - Sahil Babayev bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR