İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibkarlarla sayca 79-cu görüş Salyan rayonunda baş tutdu  

SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası bu dəfə Salyanda fəaliyyət göstərən sahibkarlar üçün təşkil olunub.

"Səyyar qəbul otağı"nı giriş sözü ilə Salyan RQİİ-nin rəisi açıq elan edib. Sonra KOBİA-nın nümayəndəsi çıxış edərək ölkədə sahibkarlığın inkişafı istiqamətində hər zaman dəstəyin göstəriləcəyini bildirib.

Mikrofon önünə çıxan aksiya iştirakçıları uçotu pozulmuş təbii qaz sərfiyyatının silinməsini və nasaz vəziyyətdə olan qaz sayğacının yenisi ilə əvəzlənməsini xahiş ediblər. Sahibkarlarla yanaşı, sakinlərin də ünvanladığı müraciətlər Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR