İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova: “Əminəm ki, xalqımız bu dəfə də Prezidentimizin yanında olacaq”  

 

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında əvvəlcə 7 fevral növbədənkənar prezident seçkisi ilə bağlı prezidentin imzaladığı Sərəncam haqqında danışıb.

 “Ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.  Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb”-sədr qeyd edib.

 Musavat.com-un məlumatına görə, spiker bildirib ki, 2020-ci ilin payızında və bu ilin sentyabrda Azərbaycanın qələbəsi ölkəmizdə və regionda yeni reallıqlar yaradıb: “Növbədənkənar seçkilər ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək. Bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar. Bu gün Azərbaycanın üç rəngli bayrağı Xankəndidə, Şuşada, Cəbrayılda və digər ərazilərdə dalğalanır. Növbədən kənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş formal qaydadır. Gələn ilin fevralında keçiriləcək prezident seçkiləri əminliklə qeyd edilə bilər ki, tam şəffaf qaydada keçiriləcək”.

S.Qafarova əlavə edib ki, Azərbaycanın Seçki Məcəlləsi növbədənkənar seçki ilə növbəti prezident seçkilərinin keçirilməsi üçün hər hansı prosedura ehtiyac yoxdur: “Əminəm ki, xalqımız bu dəfə də Prezidentimizin yanında olacaq”.


E.Paşasoy,

Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR