İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova Əminə Ərdoğan və Çavuşoğlu ilə görüşüb -FOTO

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Dünya Sıfır Tullantı Günündə BMT-də keçirilən xüsusi sessiya çərçivəsində Nyu-Yorka yerləşən Türk Evində gələn Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Ə.Ərdoğan rəsmi “Twitter“ hesabında paylaşım edib.

“Sıfır Tullantı ilə bağlı təcrübələrimizi paylaşdıq. Ekoloji problemlərin bütün dünya ölkələrinin məsuliyyəti olduğunu və iqlim dəyişikliyi ilə mübarizə aparılması barədə həmfikir olduq. Xanım Qafarovaya BMT-də göstərdiyi dəstəyə və onun timsalında əziz Azərbaycan xalqına təşəkkürümü bildirirəm”, - deyə birinci xanım vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR