İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sağ olsunlar ki, bu dəfə məni söymədilər” - yazıçı Anarla SƏS-KÜYLÜ MÜSAHİBƏ

 

Bu günlərdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın Fəxri Xiyabandan və İkinci Fəxri xiyabandan çəkilmiş videosu sosial şəbəkədə və mediada geniş şəkildə paylaşıldı, geniş müzakirələrə səbəb oldu.

Xüsusilə də əvvəlki müsahibələrində dostlarının çox hissəsinin Fəxri Xiyabanda uyuduğunu deyən 86 yaşlı yazıçının bu görüntüləri reaksiya doğurmaya bilməzdi. Kadrlardan görünürdü ki, Anar müəllim aramla addımlayaraq Xiyabandakı dostlarının, həmçinin atası Xalq yazıçısı Rəsul Rzanın, anası Xalq yazıçısı Nigar Rəfibəylinin məzarlarını ziyarət edir, məzarlar üzərinə gül dəstələri qoyur. Tamaşaçılarda kövrək hisslər doğuran bu kadrlarla bağlı Anar müəllimdən Musavat TV üçün videomüsahibə almışıq.

Fürsət düşmüşkən hörmətli Xalq yazıçısından bir sıra digər məsələlərə münasibət öyrəndik, Yazıçılar Birliyinin yubileyi ərəfəsində yazdığı əsrlərdən, nəşr etdirməyə hazırlaşdığı kitablardan bəhs etdik, həmçinin əyləşdiyi kabinetin Yazıçılar muzeyinə çevrilməsi ilə bağlı danışdıq. Muzeyin gələcəyi ilə bağlı narahatlığını da bölüşdü.

Musavat.com özəl müsahibəni təqdim edir:


Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR