İnsanlara hürriyət, millətlərə istiqlal!

Şabranda tanışının örüş sahəsini yandıran şəxs saxlanılıb

Şabranda tanışının örüş sahəsini yandıran şəxs saxlanılıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Şabran Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən bir nəfər şəxs ona məxsus 1 hektar örüş sahəsinin Əli Ələkbərov tərəfindən ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən yandırılması barədə məlumat verib.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Şabran Rayon Polis Şöbəsinin və yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Faktla bağlı Şabran RPŞ-da araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR