İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabir Rüstəmxanlıdan icra başçılarına medal vermək təklifi

Milli Məclisin iclasında “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olunub.

Musavat.com-un məlumatına görə, müzakirələrdə çıxış edən deputat Sabir Rüstəmxanlı yaşıllıqların məhvindən bəhs edib. “Yaxşı olar ki, bu medalın ilk nüsxələri Bakı şəhərinin bir sıra icra başçılarına verilsin, Bakı şəhərindəki köhnə parkları, yaşıllıqları çox uğurlu şəkildə məhv etdiklərinə görə”-deyən deputat ardınca bu sözləri ironiya ilə, sözgəlişi söylədiyini vurğulayıb. Bildirib ki, ətraf mühitin qorunması Azərbaycan üçün çox mühüm məsələdir: “Meşələrin sahələri sürətlə azalır, yaşıllıqlar məhv edilir. Bizim çöllərimizdə, düzəngah yerlərimizdə səhralaşma gedir, suyun azlığına görə”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR