İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah Ankarada XİN başçılarının görüşü olacaq

Yanvarın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə Bakıda keçirilən mətbuat konfransında bildirmişdi ki, Ankarada Türkiyə-Azərbaycan-Özbəkistan formatında görüş olacaq.

Musavat.com xəbər verir ki, Türkiyə-Azərbaycan-Özbəkistan formatında görüş sabah baş tutacaq.

Türkiyə Xarici İşlər nazirliyinin rəsmi məlumatına əsasən, toplantıda üç ölkənin xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirləri iştirak edəcək.

Görüş ölkələr arasında xarici siyasət, ticarət və əlaqə sahələrində əməkdaşlıq və koordinasiyanı artırmaq, həmçinin Beynəlxalq Transxəzər Şərq-Qərb Orta Dəhlizinin inkişafını təşviq etmək məqsədi daşıyır.

Xatırladaq ki, Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçıları səviyyəsində ilk görüş 2022-ci il avqustun 2-də Daşkənddə keçirilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

90e7ffe4-253b-4bde-b372-32a62c60b6f5.jpeg (44 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

29 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR