İnsanlara hürriyət, millətlərə istiqlal!

Saatlıdan acı XƏBƏR gəldi - yaralılar var

Saatlıda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər yaralanıb.

Musavat.com-un “Report”a istinadən məlumatına görə, hadisə rayonun Dədə Qorqud kənd ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində Saatlı rayon sakinləri Əsgərov Fərid Zöhrab oğlu, Əsgərov Zöhrab Balı oğlu və Teymurov Mehdi Əflatun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıların vəziyyətləri ağır olduğu üçün Bakıya göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR