Onlayn ictimai-siyasi qəzet
Mixail Saakaşvilin vəkilini də onun yanına göndərdilər-məhkəmə zalına həbs olundu
Gürcüstanın “Mtavari arxi” telekanalının baş direktoru Nikoloz Qvaramiya təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com Gürcüstan mediasına istinadən xəbər verir ki, o, 2015-ci ildə “Rustavi 2 TV”-nin baş direktoru olarkən külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərində təqsirli bilinib. Hakimin qərarı ilə N.Qvaramiya məhkəmə zalında həbs edilib.
Prokurorluq Qvramniyanı “Rustavi 2” kanalında verilən reklamlardan əldə olunan gəlirləri mənimsəməkdə və bununla özünə bahalı avtomobil almaqda suçlayıb.
Müxalif telekanal rəhbəri həm də keçmiş prezident Mixail Saakaşvilinin də vəkili idi. Bu səbəbdən onun öz vəkili Dmitri Sadzaqlişvili həbsi siyasi sifarişli adlandırıb.
Musavat.com
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ