İnsanlara hürriyət, millətlərə istiqlal!

“Saakaşvilinin reanimasiyaya köçürülməsi üçün heç bir səbəb yoxdur”- Gürcüstan ədliyyə naziri

“Mixail Saakaşvilinin reanimasiya şöbəsinə köçürülməsi üçün heç bir obyektiv səbəb yoxdur”.

Azpost.info xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze Tbilisidə keçirdiyi brifinqdə deyib.

Nazir radikal müxalifəti dağıdıcı hərəkətlərdə ittiham edərək bildirib ki, onlar siyasi həyat qabiliyyətini saxlamaq üçün Saakaşvilinin səhhəti ilə bağlı məsələni siyasiləşdirir və manipulyasiya edirlər.

Onun sözlərinə görə, eks-prezidentin reanimasiyaya köçürülməsini tələb edən kampaniya cəmiyyətdə siyasətçinin durumu ilə bağlı yanlış təsəvvür yaratmaq və emosional fonu süni şəkildə gücləndirmək məqsədi daşıyır.

“Müalicə məsələlərində siyasi motivli şəxslərin ictimaiyyəti çaşdırmağa yönəlmiş əsassız açıqlamaları deyil, tibb işçilərinin fikirləri bizim üçün etibarlıdır. “Vivamed” klinikasının direktorunun dünənki açıqlamasına görə, xəstədə udma funksiyası və ya yeməyə mane ola biləcək hər hansı digər mexanizm pozulmayıb”, – ədliyyə naziri deyib.

Breqadze qeyd edib ki, məhkuma parenteral qidalanma təklif olunub. O, bundan qəti şəkildə imtina edib və bildirib ki, yalnız reanimasiya şöbəsinə köçürülərsə, belə qidalanma ilə razılaşacaq: “Xəstənin fizioloji göstəriciləri normal həddə qalır. Hətta kütlə indeksi də reanimasiya şöbəsində aparılan müalicə parametrlərinə uyğun gəlmir ki, bu da son nəticədə Mixail Saakaşvilinin reanimasiya şöbəsinə köçürülməsi üçün hər hansı obyektiv səbəbin olmadığını göstərir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR