Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyası və ona bağlı partiyalar konstitusiyaya zidd elan olunacaq və bundan sonra seçkilərdə iştirak edə bilməyəcək.
Musavat.com xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.
Onun fikrincə, parlamentdə yaradılan istintaq komissiyasının işi məhz belə yekunlaşacaq: "İndiki mərhələdə aydındır ki, istintaq parlament komissiyasının rəyi bu partiyaları konstitusiyaya zidd elan etmək üçün möhkəm hüquqi baza olacaq və mən əminəm ki, Konstitusiya Məhkəməsi obyektiv qərar verəcək. Kollektiv Milli Hərəkat nəinki bələdiyyə, heç bir seçkilərdə iştirak edə bilməyəcək”.
Musavat.com
31 Mart 2025
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ