İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvili tanınmaz halda - ŞOK GÖRÜNTÜLƏR

 Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin son görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin məhkəməsi keçirilir. Mixeil Saakaşvili özü isə iclasda müalicə aldığı klinikadan onlayn qoşularaq iştirak edir. 

Məhkəmədə çıxış edən Mixeil Saakaşvili durumunun kəskin pisləşdiyini və müalicə alması üçün icazə verilməsini istəyib.

Onun son halı görənləri şoka salıb.

Qeyd edilir ki, eks prezidentin çəkisi 120 kq -dan, 68 kq-a qədər düşüb.

Qeyd edək ki, Mixeil Saakaşvilinin vəkilləri onun cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi üçün məhkəməyə müraciət ediblər. İşə hakim Giorgi Arevadze baxır. Mixeil Saakaşvili vəziyyətinin getdikcə pisləşməsi ilə əlaqədar ötən gün müalicə aldığı klinikada reanimasiyaya yerləşdirilib. Sabiq Prezidentin bədən çəkisinin təxminən 40 faizini itirdiyi bildirilib.

Musavat.com 

Saakaşvilinin məhkəməsi keçirilir - FOTO

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR