İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvili müalicə üçün klinikaya köçürülür

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili müalicə alması üçün həbsxanadan klinikaya köçürülür.

APA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, sabiq prezidentin 12 saylı Rustavi cəzaçəkmə müəssisəsindən “Vivamedi” klinikasına köçürülməsinə başlanılıb.

Məlumata görə, sabiq Prezidentin olduğu ehtimal edilən penitensiar avtomobillər bir neçə dəqiqə öncə həbsxanadan yola düşüblər.

Eyni zamanda M. Saakaşvilinin yerləşdiriləcəyi “Vivamedi” klinikasındakı bir hissəsinin sarı lentlə əhatəyə alındığı qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR