İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüşvət alan deputat BELƏ SAXLANILDI - VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Çelyabinsk vilayətinin Troitsk şəhərində şəhər şurasının deputatını saxlayıblar. Saxlanılan şəxs eyni zamanda "Troitsk Hamam və Yuyucu Kombinatı" adlı bələdiyyə müəssisəsinin direktoru vəzifəsində çalışır. 

Musavat.com xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb. 

Müstəntiqlərin fikrincə, 42 yaşlı məmur 2020-ci ildən 2024-cü ilədək qeyri-yaşayış binasının icarəyə verilməsi müqabilində sahibkardan azı 160 min rubl rüşvət alıb.

"Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 5-ci hissəsinin "b" bəndi ilə cinayət işi açılıb", - Daxili İşlər Nazirliyinin Çelyabinsk vilayəti üzrə Baş İdarəsi bildirib.

Hazırda istintaq davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

03 May 2025

BÜTÜN XƏBƏRLƏR