İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusların yeni “Lada”sı beynəlxalq sərgidə belə xarab oldu - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Peterburq Beynəlxalq İqtisadi forumu məzəli anlarla yadda qalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, rusların öyünərək xarici müşahidəçilərə göstərdikləri yeni “Lada Aura” avtomobili onları hər kəsin qarşısında məyus edib.

Qeyd edək ki, avtomobil forumda rəsmilər və jurnalistlər qarşısında təqdim olunub.

Əvvəlcə “Sberbank”ın rəhbəri German Qref yeni "Lada"nı işə salmağa çalışıb, lakin bu, alınmayıb.
"Deyəsən, maşını sındırıblar",- deyə Qref pərt halda zarafat edib.

"Yaxşı, nə etməli, prototip",- deyə "AvtoVAZ"ın rəhbəri Maksim Sokolov Qrefə belə cavab verib.

Bundan sonra Rusiya Maliyyə naziri Siluanov problemi həll etməli olub – onun sayəsində maşın nəhayət, işə düşdü. Siluanov Sokolovla birlikdə forumun keçirildiyi məkana gedib.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR