İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusların sayı iki dəfə azalacaq” - Demoqrafdan XƏBƏRDARLIQ

“Rusiyada ailələr bir və ya iki uşaqlı olmağa davam etsələr, əsrin sonuna qədər rusların sayı iki dəfə azala bilər”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutunun Müşahidə Şurasının sədri Yuri Krupnov deyib.

Krupnov hesab edir ki, 10 ildən sonra, yəni təxminən 2033-cü ildə ümumilikdə bəşəriyyət çoxalmağı dayandıracaq. Onun sözlərinə görə, oxşar vəziyyət 1964-cü ildə Rusiyada baş verib: “10 ildən sonra – şərti olaraq 2033-cü ildə bütövlükdə bəşəriyyət çoxalmağı dayandıracaq. Bizim 1964-cü ildə dayandırdığımız kimi”, – Krupnov bildirib.

Lakin demoqraf əmindir ki, rusların yoxa çıxması mümkün deyil və bu, baş verməyəcək. Bununla belə, o hesab edir ki, rus xalqı tarixdə qalmaq üçün əlavə səylər göstərməlidir. Bunun üçün də ailədə uşaqların sayını iki və ya üçə çatdırmaq lazımdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR