İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Türkiyə otellərindəki qiymətlərdən məyus olublar

Rusiyalı turistlərin yüksək qiymətlərdən narazı olması səbəbindən Türkiyədə otellərin boş qalması proqnozlaşdırılır.

Musavat.com xəbər verir ki, Rusiiya mediası bu mövsüm Türkiyədə yay tətilinin ruslar üçün xeyli bahalaşmasından yazır. Saytlarda çıxan materiallara görə, qiymətlər təkcə otellərdə yaşayış üçün deyil, həm də hava nəqliyyatı üçün sıçrayıb.

"Economy Today” nəşrinin materialında qeyd olunur ki, rusları nəinki yüksək qiymətlər, hətta keyfiyyəti aşağı düşmüş xidmət də qane etmir.

Vəziyyəti qiymətləndirən bazar ekspertləri bu fikirlər razılaşmır. Bəziləri böyük endirimlər ümidi ilə son dəqiqəyə qədər gözləməyi məsləhət görür, bəziləri isə Türkiyədə tətilin ucuzlaşacağına şübhə edir.

Bundan əvvəl məlum olmuşdu ki, türk otelləri ruslar üçün qiymətləri orta hesabla 20 faiz artırıb, digər ölkələrdən gələn turistlər üçün isə eyni qalıb.

Beləliklə, ruslar üçün Türkiyədə tətil qiymətləri Asiya və Karib hövzəsinin ekzotik ölkələrindəki lüks tətillərlə müqayisə oluna biləcək hala gəlib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR