Onlayn ictimai-siyasi qəzet
Luqansk vilayətində ruslar həkimlərin məcburi səfərbərliyinə başlayıblar.
Musavat.com-un Axar.az-a istinadən xəbərinə görə, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
“Qismən səfərbərliyə hələlik yalnız cərrahlar, travmatoloqlar, anestezioloqlar, feldşerlər və tibb bacıları götürülür. Bu cür mütəxəssisləri çağırarkən, döyüş təcrübəsi nəzərə alınır. Artıq bütün hərbi komissarlıqlarda tibb fakültələrini bitirmiş və qondarma "lxr" ərazisində olanların siyahıları var. 60 yaşa qədər cərrahlar, anestezioloqlar və travmatoloqlar, 55 yaşa qədər tibb bacıları, feldşerlər çağırılacaq”,- o bildirib.
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ