İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ruslar çox güclüdür, Kiyev Donbası hərbi yolla qaytara bilməz” – Merkelin sabiq müşaviri

Almaniyanın sabiq kansleri Anqela Merkelin köməkçisi olmuş Erix Vad Ukraynanın Rusiya Silahlı Qüvvələrinin gücünü lazımi qədər qiymətləndirmədiyini bildirib.

Azpost.info bildirir ki, Almaniya ordusunun sabiq briqada generalı olan Vad “Deutsche Wirtschafts Nachrichten” qəzetinə açıqlamasında Kiyevə bu məsələdə ehtiyatlı olmağı tövsiyə edib.

“Ruslar çox güclüdürlər: Onların havada və quruda üstünlükləri var”- deyə general Vad bildirib.

O həmçinin vurğulayıb ki, Kiyev Donbası hərbi yolla qaytara bilməz. “Ukraynanın şərqində hadisələrin inkişafını məhz Rusiya müəyyən edir”– deyə Vad vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR