İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslan Əliyev "Facebook" və "İnstagram"da sualları cavablandıracaq

“Azəriqaz” İB-nin baş direktoru hər həftənin çərşənbə günü saat 15:00-da  “Facebook” üzərindən canlı yayım vasitəsi ilə abonentlərin qaz təchizatına aid sual və təkliflərini, problemlərini dinləyərək həlli istiqamətində müvafiq tapşırıqlar verir.

Bu barədə Musavat.com-a “Azəriqaz” İB-dən məlumat verilib.

"Artıq növbəti çərşənbə günü bu sosial əlaqəyə “İnstagram” da (ruslanaliyev.official) əlavə olunacaq. Məqsəd abonentlərin istənilən platformada öz problemlərini səsləndirə bilmək imkanlarını genişləndirməkdir. Dövlət qurumları arasında ilk olacaq bu geniş tərkibli əlaqə “İnstagram” istifadəçilərinə də əlavə imkanlar yaradacaq.  “İnstagram” istifadəçiləri “Facebook” üzərindən canlı əlaqənin effektivliyinin əyani şahidi olacaqlar. Birliyin prioriteti abonent məmnunluğudur!" - məlumatda bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR