İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya qarşı yeni sanksiya paketinə atom sektoru daxil edilməyəcək

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiya paketi atom sahəsinə və almaz idxalına təsir etməyəcək.

AZƏRTAC “La Vanguardia” qəzetinə istinadla xəbər verir ki, Rusiyanın atom sənayesi və ya almaz biznesinə qarşı tədbirlər Macarıstan, Fransa, Bolqarıstan və Belçika kimi ölkələrin etirazına səbəb olub. Eyni zamanda, Baltikyanı ölkələr, əsasən də Litva “Rosatom” korporasiyasına qarşı sanksiyaların tətbiqi üçün Avropa İttifaqında kampaniyanı davam etdirir.

Aİ və Rusiya arasında ticarət məhdudiyyətləri raket, PUA və helikopterlər üçün 50-yə yaxın komponentə təsir göstərə bilər.

Bir müddət öncə, Reuters agentliyi Avropa İttifaqı səfirlərinin 10-cu sanksiya paketi üzrə razılığa gələ bilmədiyi və danışıqların fevralın 23-də günün ikinci yarısında davam edəcəyi barədə məlumat yaymışdı.

Avropa İttifaqının Xarici Siyasət Xidmətinin məlumatına görə, Rusiyaya qarşı sanksiyalar siyahısına indiyədək 1386 fiziki şəxs və 171 kompaniya daxil edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR