İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya qarşı sanksiyalar yuanın qlobal mövqeyini dəfələrlə gücləndirib – ARAŞDIRMA

2022-ci ildə Ukraynaya təcavüzü ilə əlaqədar Qərbin Rusiyaya qarşı sanksiyaları tətbiq edildikdə, Kreml ABŞ dolları, avro və digər qlobal valyutalarla ticarət etmək imkanını böyük ölçüdə itirdi. Rusiyanın aparıcı bankları SWIFT beynəlxalq hesablaşma sistemindən ayrılıb, Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarının bir hissəsi dondurulub. Nəticədə, Moskva qalan ehtiyatlarını Qərbin nəzarətində olmayan valyutalara köçürmək məcburiyyətində qaldı, onların arasında Çin yuanı xüsusi yer tuturdu.

Musavat.com Britaniyanın "Financial Times" biznes qəzetinin araşdırmas materialına istinadən xəbər verir ki, Rusiya neft və qazının avropalı alıcılarını qismən əvəz edən Çinlə Rusiyanın enerji sövdələşmələri yuanla beynəlxalq əməliyyatların həcmini rekord səviyyəyə çatdırıb.
Çin valyutasında aparılan ikitərəfli əməliyyatların sayı iyul ayında müharibədən əvvəlki 2021-ci ilin eyni ayı ilə müqayisədə 40 faizdən 53 faizə qədər artıb: “Və ya başqa bir rəqəm: 2010-cu ildə Çin məhsullarının ixracı üzrə əməliyyatların 80 faizi dollarla ödənilib, lakin Qərbin Rusiyaya qarşı sanksiyalarının tətbiqindən sonra bu pay iki dəfə azalıb. Eyni zamanda yuanla aparılan əməliyyatların payı demək olar ki, sıfırdan bütün əməliyyatların yarısından çoxuna qədər artıb”.

“Yuanın istifadəsi həm Rusiya, həm də Çin üçün faydalıdır”, – Atlantik Şurasının Geoiqtisadiyyat Mərkəzinin direktor müavini Maya Nikoladze DW-yə müsahibəsində deyir. “Rusiyanın valyutalar baxımından çoxlu alternativi yoxdur və Çin də öz növbəsində Moskva üzərində iqtisadi təsirini artırmaq və yuanın beynəlxalqlaşmasını təşviq etmək imkanına malikdir”.

Vaşinqtonda yerləşən Atlantik Şurasının Dollar Dominantlığı Monitoruna görə, qlobal miqyasda, lakin dolların 88 faiz payı ilə müqayisədə, hələ də valyuta əməliyyatlarının 7 faizdən azında yuan istifadə olunur. Məhsul və ya xidmətlərin ixracının təxminən 54 faizi hələ də dollarla hesablanır, yuan isə cəmi 4 faizini təşkil edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR