İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya qarşı sanksiyalar gələn həftə ABŞ Senatında müzakirə olunacaq

Almaniyanın xarici işlər naziri İohann Vadeful iyunun 2-də Berlində ABŞ senatoru Lindsi Qremlə Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edəcək.

Musavat.com xəbər verir ki, bunu nazir ZDF telekanalına deyib: "Sabah(bu gün - red) Berlində ikinci dərəcəli sanksiyalar da daxil olmaqla, böyük sanksiyalar paketi hazırlayan ABŞ senatoru Lindsi Qremlə görüşəcəyəm. Mənim ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlarımdan sonra güman edirəm ki, bu paket gələn həftə ABŞ Senatında müzakirə olunacaq və onun həyata keçirilməsi üçün ilk addımlar atılacaq”.

Eyni zamanda o, Aİ-nin enerji sektorunda Rusiyaya qarşı yeni sanksiyaların qəbulu üzərində işlədiyini təsdiqləyib: "Bu, neftin qiyməti həddinin aşağı salınması deməkdir. Bu o deməkdir ki, neft ucuzlaşacaq və Rusiya neft satmaqla özünü maliyyələşdirəcək. Bu, Rusiya iqtisadiyyatına və dövlət büdcəsinə ciddi təsir edəcək. Biz təbii ki, qaz sektorunu da daxil edəcəyik".

ABŞ-da Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsi senatorlar Qrem və Riçard Blumentalın (Konektikutdan demokrat) təşəbbüsü ilə hazırlanıb. Onların təşəbbüsü Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları əhatə edir. Senatorların təklifi Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-a idxala 500 faiz rüsum tətbiqini nəzərdə tutur.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen daha əvvəl bildirib ki, Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzərində işləyir və bu paketə neftlə bağlı tədbirlər, qiymət tavanının azaldılması və kölgə donanmasına qarşı yeni məhdudiyyətlər daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR