İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya casusluq edən ukraynalı iş adamının Moskvada bahalı evi tapıldı  


Rusiya aviasiyası üçün hərbi yönümlü malların qeyri-qanuni tədarükündə şübhəli bilinərək həbs olunan “Motor Siç” zavodunun direktoru Vyaçeslav Boquslayevin Moskvada daşınmaz əmlakı olduğu ortaya çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ukrayna xidməti məlumat yayıb. Jurnalistlərin bildirdiyinə görə, 2006-cı ildən Boquslaev Xoroşevskoye Şossedə (Moskvada) dəyəri təxminən 350 min dollar olan mənzilin sahibidir.

Bundan əlavə, 2002-ci ildən onun anbarlara malik olduğu aşkarlanıb.

Boquslayevin saxlanılması oktyabrın 22-də baş verib. Ondan başqa iş üzrə “Motor Siç” aviasiya zavodunun xarici iqtisadi fəaliyyət departamentinin rəhbəri Oleq Dzyuba da saxlanılıb. Adı çəkilən iş adamları Rusiya ilə əməkdaşlıqda və ortaqlıqda şübhəli bilinir. Kiyev məhkəməsi onları 2 ay müddətinə həbs edib.

İstintaq təsbitlərinə görə, saxlanılan şəxslər Kremlə yaxın, Rusiya ordusunu silahla təchiz edən Rusiyanın “Rostex” korporasiyasının nümayəndələri ilə əlbir olublar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR